Moskvada kütləvi dava: 2 ölü, 8 yaralı

Moskvada kütləvi dava: 2 ölü, 8 yaralı
  15 Dekabr 2015    Oxunub:2638
Rusiya paytaxtı Moskvada kütləvi dava baş verib.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində iki nəfər ölüb.

Hadisə Moskvanln Roçdelsk küçəsində qeydə alınıb.

“Kişilərdən ibarət iki qrup Moskvanın Persensk rayonunda yerləşən “Element” kafesində dava edib. Hadisə nəticəsində odlu silahdan istifadə olunub. İki nəfər ölüb. Ümumilikdə, insident zamanı daha 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib”, - deyə hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.

Faktla bağlı cinayət işinə başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti