Ermənistanda yenidən etirazlar başlayır

Ermənistanda yenidən etirazlar başlayır
  15 Dekabr 2015    Oxunub:1843
Ermənistanda müxalifətin Ermənistan Milli Konqresi (HAK) bildirir ki, 6 dekabr referendumunun nəticələrinə qarşı mübarizəni davam etdirəcək.
Referendum nəticəsində ölkə prezident üsul-idarəsindən parlament sisteminə keçib.

HAK rəsmisi Levon Zurabian dekabrın 14-də AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, onlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Müxalifət referendumda saxtakarlıqların baş verdiyini bildirir.

Narazılar etiraz aksiyaların davam edəcəyini bəyan ediblər.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 13-də konstitusiyaya dəyişikliklərin qəbul olunduğunu bəyan edib. Komissiya müxalifətin iddialarını da rədd edib, “referendumun nəticələrinə təsir göstərəcək pozuntuların baş vermədiyini” deyib.

Müxalifət iddia edir ki, dəyişikliklərdə məqsəd prezident Serj Sarkisyanı 2018-ci ildən sonra da prezident postunda saxlamaqdır.


Teqlər:  





Xəbər lenti