Şimali Qafqazda 156 terrorçu məhv edilib

Şimali Qafqazda 156 terrorçu məhv edilib
  15 Dekabr 2015    Oxunub:1889
2015-ci ildə Rusiyanın Şimali Qafqaz regionunda 36 dəstə rəhbəri olmaqla, 156 terrorçu zərərsizləşdirilib.
AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə Milli Anti-terror Komitəsinin iclasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

Öldürülən şəxslərdən 20-i daha əvvəl İraq və Şam İslam Dövləti ilə (İŞİD) əməkdaşlıq etdiklərini bəyan ediblər. Bundan əlavə Rusiya xüsusi xidmət orqanları İŞİD-lə əlaqədə olan 2,9 min ölkə vətəndaşının şəxsiyyətini müəyyənləşdirib.

Bortnikov qeyd edib ki, 2015-ci ildə 100-dən artıq Rusiya vətəndaşının Suriyaya keçməsinin qarşısı alınıb.

Ümumilikdə Rusiya hüquq-mühafizə orqanları 30 terror aktının qarşısını alıb və 770-dən çox cinayətkar və onların yardımçısını zərərsizləşdirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti