50-dən çox jurnalist girovluqdadır

50-dən çox jurnalist girovluqdadır
  15 Dekabr 2015    Oxunub:1625
Aralarında biri qadın olmaqla, ən azı 54 jurnalist girov götürülüb.
AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə `Sərhədsiz reportyorlar` beynəlxalq təşkilatı xəbər yayıb.

Təşkilatın məlumatına görə, girovda saxlanılan jurnalistlərin sayı ötən illə müqayisədə 35% artıb. Hazırda Suriya ərazisində 26 jurnalist girov saxlanılır. 18 jurnalist isə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının girovluğunda saxlanılır.

Məlumatda qeyd olunur ki, 2015-ci ildə münaqişə bölgələrində 8 jurnalist itkin düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti