Neft 100 dollara qalxa bilər - ŞOK İŞİD ssenarisi

Neft 100 dollara qalxa bilər - ŞOK İŞİD ssenarisi
  16 Dekabr 2015    Oxunub:4230
`Bloomberg` agentliyi 2016-cı ildə müəyyən hadisələrin baş verəcəyi təqdirdə reallaşa biləcək planların siyahısını yayımlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ekspertlərin siyahısına əsasən belə hadisələrdən biri neftin bir barel qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır.

Bu cür ssenari İŞİD-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin gərginləşəcəyi təqdirdə baş tuta bilər. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin çatışmazlığına və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq.

Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerji mənbələrinə sərmayələrin həcminin də xeyli artacağı proqnozlaşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti