Sarkisyan oğurluq edərkən öldürüldü - VİDEO
Polisin yaydığı məlumata görə, ötən gün saat 15:00 radələrində cinayətkar biznesmenin evinə daxil olub. Lakin burada ev sahiblərinin müqaviməti ilə rastlaşıb və onlara atəş açıb. Evdə olan şəxslərdən biri cinayətkara bıçaq zərbəsi endirib. Aldığı zərbədən huşunu itirən oğru xəstəxanada dünyasını dəyişib.
Məlumatda evə basqın edən şəxsin 39 yaşlı Qevorq Sarkisyan olduğu məlum olub.
İlkin məlumatlara görə, basqın zamanı evdə Qaribilyanın anası, qaynanası və azyaşlı körpələr olub.
Hazırda evdə olanlardan cinayətkarı kimin vurduğu bilinmir.
Qeyd edək ki, daha əvvəl erməni KİV-i basqın zamanı iki qadının yaralanaraq “Ermənistan” Tibb Mərkəzinə gətirildiyini yazıb. Hazırda onlar ümumi cərahiyyə şöbəsindədirlər.
Eldar Tanrıverdiyev
AzVision.az