Rusiyada helikopter qəzası: Ölən və yaralılar var

Rusiyada helikopter qəzası: Ölən və yaralılar var
  16 Dekabr 2015    Oxunub:2390
Kamçatka yarımadasında `Mi-8` helikopterinin sərt eniş etməsi nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Məlumata əsasən hadisə yerinə dərhal Rusiya FHN-nin əməkdaşları göndərilib. Hazırda həkimlər xəsarət alanlara yardım edir.

Hadisə baş verən zamanı helikopterin göyərtəsində 8 nəfər olub. Onlar yerli qaz şirkətinin əməkdaşları olub.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda hadisə zamanı helikopterdə 22 nəfərin olduğu bildirilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti