Türkiyə Rusiyanın 27 gəmisini saxladı

Türkiyə Rusiyanın 27 gəmisini saxladı
  16 Dekabr 2015    Oxunub:3730
Türkiyə ilə Rusiya arasında hərbi təyyarənin vurulmasından sonra yaranmış vəziyyət bir çox sahələrə təsir edib.
Bu gərginlik Aralıq, Mərmərə, Egey və Qara dənizlərdə hərəkət edən gəmilərə də təsirsiz ötüşməyib.

AzVision.az `Haberrus`-a istinadən xəbər verir ki, ilk olaraq Rusiya tərəfi Türkiyə bayrağı altında 8 türk gəmisini saxlayıb.

Mətbuatda yer alan məlumata görə, Türkiyə Rusiyanın bu davranışını dayandırmağını gözləyib. Lakin gəmilərin saxlanması prosesi davam edincə, Türkiyə Rusiyanın bu addımına cavab verməyə başlayıb. Nəticədə Aralıq və Qara Dənizdə aparılan yoxlamalar nəticəsində çatışmazlıqları olan rus gəmiləri türk limanlarına gətirilib.

Ötən günə olan məlumata görə, isə gəmi sayı 27-yə çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti