Permyakovun məhkəməsi keçirilib – VIDEO
Məhkəməyə Arutyun Movsisyan sədrlik edir. Məhkəmə 102-ci Rusiya hərbi bazasının ərazisində keçirilir. Permyakov tərcüməçi və vəkillə təmin olunub.
Məhkəmə zalında zərərçəkənlərin yaxınları da iştirak ediblər.
Proses başlamazdan əvvəl öldürülən Asmik Avetesyanın bacısı Rita Petrosyan Valeri Permyakovun cinayəti təkbaşına törətdiyinə inanmadığını bildirib.
Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.
Eldar Tanrıverdiyev
AzVision.az