Rusiyada türk banklarına basqın edilib

Rusiyada türk banklarına basqın edilib
  18 Dekabr 2015    Oxunub:1961
Rusiya Federal Təhlükəsizlik Xidməti bu ölkədə fəaliyyət göstərən Türkiyə banklarına basqın edib.
AzVision.az xəbər verir ki, basqın edilən 4 bank filialı “çirkli pul”ların yuyulmasında şübhəli bilinib.

Məlumata görə, Türkiyənin "Ziraat Bankası"nın bir şöbəsi, "Garanti Bankası"nın "Garanti Bank Moskva", Rusiyanın "Sofiya Bankı"nı alan "İş Bankası"nın "İşBank"ı, "Fiba Holding"in "Gredit Europe", "Yapı kredi"nin eyni adlı Moskva şöbəsi, habelə "Rusiya Sberbank"ın əsas iştirakçısı olan "Deniz bankası" da Rusiyada fəaliyyət göstərir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları eyyni zamanda Rusiyanın 20 bankında da yoxlama aparıb. Həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamlarının “çirkli pul”ların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti