Ermənilər Fransada 1,3 milyon avro ianə topladı

Ermənilər Fransada 1,3 milyon avro ianə topladı
  18 Dekabr 2015    Oxunub:2024
Fransada dördgünlük Ermənistanın Ümumilli “Hayastan” fondu tərəfindən marafon keçirilib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, ermənilər telemarafonu zamanı 1, 330 000 milyon avro ianə toplayıblar.

Bu ilki tədbir "İstedad, cazibə və comərdlik" şüarı ilə keçirilib. Telemarafon zamanı yığılan vəsaitlər Ermənistan, Dağlıq Qarabağda ictimai mərkəzlərin tikintisinə və Suriya, İraqda erməni ailələrinə kömək üçün xərclənəcək.

Tədbirdə iştirak edən şəxslər siyahısında erməni əsilli türkiyəli deputat Qaro Poylan, Fransa Milli Assambleyasının prezidenti Klod Bartalon, Yunanıstanın fransadakı səfiri Mariya Teofili, paris meri Anna İdalqoda iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti