Sarkisyan təcili generalları topladı – İrəvan narahatdır
Məlumata əsasən iclasda baş nazir, müdafiə və maliyyə nazirləri, həmçinin Müdafiə və Silahlı qüvvələrin rəhbər şəxsləri iştirak edib.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, 2014-2015-ci illərdə ölkənin müdafiə sahəsində görülən işlər barədə hesabat dinlənilib. İclas zamanı çərçivəsində Silahlı Qüvvələrin 2016-2020-ci illər inkişafı üzrə plan və Silahlanmanın və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı müzakirə edilib.
Qeyd edək ki, son günlər Azərbaycan Ermənistan sərhədində və təmas xəttində gərginlik artıb. Erməni KİV-lərin yaydığı məlumata görə, ötən gün baş verən atışma nəticəsində 10-a yaxın erməni hərbçi ölüb.
Eldar Tanrıverdiyev
AzVision.az