Türkiyə Rusiyanın imtina etdiyi malları pulsuz payladı
“Biz yerli ərzaqlar həftəsi çərçivəsində aksiya keçirdik. Fermerlərdən Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi 35 min türk lirəsinə (təxminən 12 min ABŞ dolları) alaraq yerli əhaliyə pulsuz payladıq”, - deyə şəhərin meri Ömər Tarxan bildirib.
Qeyd edək ki, Türkiyədə yerli ərzaq həftəsi hər il dekabr ayında yerli istehsalçılara stimul vermək məqsədilə keçirilir. (Oxu.az)
Teqlər: