`Türk xalqı bizim dostumuzdur...` - Putindən mesaj

`Türk xalqı bizim dostumuzdur...` - Putindən mesaj
  20 Dekabr 2015    Oxunub:4311
`Rusiya həm Bəşər Əsəd, həm də ABŞ-la rahatlıqla əməkdaşlıq edə bilir`
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib

Dünyada baş verən prosesləri şərh edən Putin qeyd edib ki, Rusiya heç vaxt quyruq bulamır və mövqeyini dəyişmir: “Biz Suriya problemi ilə bağlı rahatlıqla həm prezident Əsəd, həm də Amerika tərəfi ilə əməkdaşlıq edə bilirik. Ona görə rahatlıqla deyirəm ki, biz heç vaxt quyruq bulamırıq və heç vaxt mövqeyimizi dəyişmirik”.

Putinin sözlərinə görə, Rusiya Suriya konfliktinin tənzimlənməsində öz mövqeyinin konturlarını dəqiq müəyyənləşdirib.

Putin daha sonra Türkiyə ilə yaşanan təyyarə qalmaqalına münasibət bildirib. RF prezidenti qeyd edib ki, onlar türk xalqını dost kimi qəbul edirlər.

“Türk xalqı bizim dostumuzdur və onlarla əlaqələrimizin pozulmasını istəmirik. Heç bir problem sonadək davam edə bilməz”.

AzVision.az


Teqlər:  





Xəbər lenti