Nalbandyan Bern görüşü haqda: `Yanaşmalar uyğun gəlmir`
Azərbaycan və Ermənistan prezidentlərinin Bern (İsveçrə) şəhərində baş tutan görüşünün yekunlarını şərh edən nazir bildirib ki, Ermənistan danışıqlar prosesinin davam etdirilməsi, problemin danışıqlar vasitəsi ilə nizamlanmasının tərəfdarı olub və qalmaqdadır.
`Danışıqlara alternativ yoxdur. Erməni tərəfi ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında danışıqları davam etdirmək və nizamlanmaya doğru irəliləməyə hazırdır`.
XİN rəhbəri bildirib ki, Berndə keçirilən görüşdə tərəflər Dağlıq Qarabağ probleminin nizamlanmasının müxtəlif elementləri, həll prinsiplərinə öz yanaşmalarını ifadə ediblər.
`Təəssüflə yenidən qeyd edə bilərik ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür`.
AzVision.az