Putin sədrliyi Sarkisyana verdi

Putin sədrliyi Sarkisyana verdi
  21 Dekabr 2015    Oxunub:3975
Rusiya Federasiyasında səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurasının sessiyasında iştirak edir.
Bu barədə AzVision.az “News”-a istinadən xəbər verir.

Məlumata əsasən sessiyanın ev sahibi – Rusiya Federasiyasının prezidenti Vladimir Putin iclasın əvvəlində iştirakçıları salamlayıb və səmərəli iş arzulayıb. Bundan sonra sessiyanı KTMT-nın yeni sədri olan Ermənistan prezidenti Serj Sarkisyan aparıb.

Qeyd edək ki, Moskvada keçirilən iclasda Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri iştirak edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti