Sarkisyan `Putin İttifaqı”nı köməyə çağırdı – Azərbaycana qarşı

Sarkisyan `Putin İttifaqı”nı köməyə çağırdı – Azərbaycana qarşı
  22 Dekabr 2015    Oxunub:3779
Ötən gün Moskvada Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) iclası keçirilib. İclas zamanı quruma sədrlik Ermənistana keçib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan KTMT üzvlərini Azərbaycana açıq və gizli formada dəstək verməkdə ittiham edib.

“Şübhəsiz ki, hər bir ölkənin öz maraqları, öz prioritetləri var, lakin bu durum təşkilata üzv ölkələrin ümumi maraqlarına mane olmamalıdır. Hər dəfə Azərbaycan silahlı qüvvələri Ermənistanı bütün növ kalibrli silahlar, minaatanlar, artilleriya qurğuları vasitəsilə atəşə vurduğu vaxt onlar eyni zamanda Astana, Düşənbə, Bişkek, Moskva və Minski atəşə tuturlar”, - deyə Sarkisyan sərsəm bəyanatla çıxış edib.

“Xatırladım ki, təşkilatın nizamlanmasında müvafiq maddə var. Əgər biz bu maddədən istifadə etmiriksə, yaranmış vəziyyəti müzakirəyə çıxarmırıqsa, telefon dəstəyini götürüb tərəfdaşımız olan Ermənistanda baş verənlərlə maraqlanmırıqsa və beynəlxalq təşkilatlarda tərəfdaşının maraqlarına qarşı səs veririksə, üçüncü ölkələrlə KTMT-yə üzv ölkəyə qarşı ikitərəfli deklarasiyalar qəbul ediriksə onda biz sadəcə biz bu atəşlər altına təşkilatımızı, onun prestijini və dəyərini atırıq”, - deyə erməni lider qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti