Yunanıstan Fələstini dövlət kimi tanıdı

Yunanıstan Fələstini dövlət kimi tanıdı
  22 Dekabr 2015    Oxunub:1917
Yunanıstan parlamenti Fələstin dövlətini tanımağa səsləyən qətnaməni qəbul edib.
Bu barədə AzVision.az Xarici KİV-ə istinadən xəbər verir.

Parlamentin spikeri Nikos Vuçis xüsusi plenar iclasda qətnamənin mətnini oxuyub və onu dəstəkləyən deputatları ayağa qalmağa çağırıb. Bundan sonra deputatların hamısı ayağa qalxıb və alqışlayıb.

Qətnamə Yunanıstan hökumətinə paytaxtı Şərqi Qüds olmaqla 1967-cü il sərhədləri çərçivəsində Fələstin dövlətini tanımağı tövsiyə edib.

Qeyd edək ki, bu gün Yunanıstan parlamentin Fələstin lideri Mahmud Abbasın çıxış edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti