Ermənilər Obamanı yox, Putini seçdilər - SORĞU

Ermənilər Obamanı yox, Putini seçdilər - SORĞU
  23 Dekabr 2015    Oxunub:2395
Rusiya prezidenti Vladimir Putin Ermənistanda dünya siyasi elitasının nümayəndələri arasında ən yüksək reytinqə malikdir.
Bu barədə “WIN/Gallup International”ın keçirdiyi sorğunun yekun nəticələrində bildirilir.

Ermənistan sakinlərinin 79%-i Putin barədə müsbət fikirdədir.

Ermənilər həmçinin Fransa prezidenti Fransua Olland (51%) və Almaniya kansleri Anqela Merkelin (15%) siyasətini dəstəkləyirlər.

Müqayisə üçün qeyd edək ki, Ermənistanda ABŞ prezident Brak Obamaya qarşı respondentlərin 43%-i səs verib. Onun siyasətini bu ölkədə bəyənmirlər.

Ümumilikdə sorğu dünyanın 65 ölkəsində keçirilib. Nəticələrə əsasən, ABŞ prezidenti Barak Obama ən yüksək reytinq toplayıb. Respondentlərin 59%-i onu dəstəkləyib, 29%-i isə onun apardığı siyasəti bəyənmədiklərini vurğulayıb.

Obamanı daha çox Cənubi Asiya (76%), Aİ ölkələri (67 %), Latın Amerika ölkələri (65%), Şərqi Asiya (65%) və Afrikada Saxara səhrasından cənuba (65%) dəstəkləyirlər. (oxu.az)


Teqlər:  





Xəbər lenti