Pan Gi Mun Əliyev-Sarkisyan görüşündən danışdı

Pan Gi Mun Əliyev-Sarkisyan görüşündən danışdı
  23 Dekabr 2015    Oxunub:2627
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.

Bu barədə baş katibin təşkilatın rəsmi saytında dərc edilmiş bəyanatında bildirilir.

“Baş katib hesab edir ki, görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, - deyə BMT baş katibinin bəyanatında qeyd olunur.

Pan Gi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O, Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti