Blatter futboldan birdəfəlik getdi
FİFA-da 40 il işlədiyini deyən Blatter “Mən futboldakı işimi bitirdim”, - deyə bəyan edib.
“İndi məni keçmiş narahat etmir. Çünki, o mənim gələcəyimdən daha parlaq idi. Mən ədliyyə orqanlarının “FİFA”-ya müdaxiləsini gördükdə təşkilatımıza olan inamı itirdim. Həmin gün onlar FİFA-nı mafiya strukturu kimi təqdim edib”, - deə Blatter qeyd edib.
Qeyd edək ki, dekabrın 21-i Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Federasiyaları Assosiasiyalarının (UEFA) Mişel platini futbol fəaliyyətindən 8 il müddətinə uzaqlaşdırılıb.
Platini, həmçinin 80 min İsveçrə frankı məbləğində cərimələnib.
Xatırladaq ki, bu ilin may ayının 27-də İsveçrə polisi Sürixdə ABŞ məhkəməsinin müraciəti əsasında korrupsiya ittihamı ilə FİFA-nın 7 məmurunu saxlayıb. Ümumilikdə, 14 keçmiş və indiki futbol fuksionerinə ittiham irəli sürülüb. Amerika Ədliyyə Nazirliyinin məlumatına görə, 24 il ərzində onlar 150 milyon dollar rüşvət alıblar.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


