Sarkisyanı Fransaya gedərkən öldürmək istədilər
“Cinayətkar dəstə beş altqrupa malik olub. Onlar eyni vaxtda prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəməsi və teleqülləni ələ keçirməyi planlaşdırırmış. Əsas məqsədi isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsini partlatmaq olub.
Qeyd edək ki, Serj Sarkisyan noyabrın 29-da BMT-nin iqlim dəyişiklikləri üzrə sammitində iştirak etmək üçün Fransa paytaxtına yollanıb.
Xatırladaq ki, noyabr ayının 25-də İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla - on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.
Eldar Tanrıverdiyev
AzVision.az