Dollar talonla satılmağa başlanıldı – Türkmənistanda

Dollar talonla satılmağa başlanıldı – Türkmənistanda
  23 Dekabr 2015    Oxunub:16642
Türkmənistanın paytaxtı Aşqabadda əhali dollar və avronu yalnız xüsusi talonlar vasitəsilə ala biləcək.
Bu barədə AzVision.az “Azadlıq Radiosu”na istinadən xəbər verir.

Türkmənistan sakinləri ötən axşamdan etibarən xarici valyuta almağa icazə verən talonları almaq məqsədilə banklar qarşısında növbəyə düzülüblər.

Talonlarda dollar almaq üçün vətəndaşların konkret olaraq, nə vaxt və bankın hansı filialından almasına dair məlumat yer alır.

Qeyd edək ki, hazırda Türkmənistanda valyuta defisiti yaşanır. Hökumət əhalinin dollara olan tələbatını azaltmaq məqsədilə müəyyən məhdudiyyətlər təbiq edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti