Dəmirtaş Rusiyada Türkiyəni `vurdu`

Dəmirtaş Rusiyada Türkiyəni `vurdu`
  23 Dekabr 2015    Oxunub:4724
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada PKK ilə əlaqəli olan HDP partiyasının sədri Səlahəddin Dəmirtaşla görüşüb.
AzVision.az xəbər verir ki, görüş zamanı HDP lideri Türkiyəni qıcıqlandıran bəyanat verməsi ilə yadda qalıb.

“HDP Rusiya təyyarəsinin vurulmasına qarşı olub və bunu dəfələrlə bəyan edib. Ona görə, Rusiya təyyarəsinin vurulması doğru addım deyildi və bu insidentə görə təəssüfləndiyimizi, hökumətin yanaşmasının yanlış olduğunu dilə gətirmişik. Dövlətlər arasında böhran yaşana bilər. Amma bu böhran hər zaman diplomatik yollarla və dialoqla öz həllini tapmalıdır”.

Türkiyə-Rusiya böhranından danışan partiya sədri deyib ki, Türkiyə xalqının bu böhranın yaranmasında heç bir günahı yoxdur: “Bizim bu səfərimiz iki dövlət arasında münasibətlərin gərgin olduğu bir vaxtda gerçəkləşib. Eyni zamanda Yaxın Şərqdə də çox tarixi günlər, tarixi problemlər yaşanır. HDP olaraq biz Türkiyədə çoxşaxəli demokratiyanı bərqərar etmək üçün mübarizə aparırıq. Bütün mədəniyyətlərin və inancların, ayrı-ayrı millətlərin birgə yaşaya biləcəyi bir cəmiyyət olmalıdır. Həm ölkəmizin, həm də qonşu dövlətlərin sülh və əmin-amanlıq içərisində yaşamasını istəyirik”.



`Suriyada terrorçulara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq` deyən Sergey Lavrov bildirib ki, Suriya hökumətinin istəyi ilə antiterror əməliyyatlarında iştirak edən Rusiya yerüstü əməliyyatlara da dəstək verməyə hazırdır. Onun sözlərinə görə, terrorla mübarizə aparan bütün qüvvələrin imkanlarını birləşdirmək vacibdir.





İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti