Ermənilər azərbaycanlını azadlığa buraxdı

Ermənilər azərbaycanlını azadlığa buraxdı
  23 Dekabr 2015    Oxunub:11551
Ermənistan-Gürcüstan sərhədini qanunsuz olaraq keçməkdə ittiham olunan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılov azadlığa buraxılıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Lori vilayətinin ümumi məhkəməsi bu gün keçirdiyi iclasında Gürcüstan vətəndaşına 5 aylıq həbs cəzası verib. Məhkəmə Turqay Mikayılovun 23 iyulda saxlanıldığını nəzərə alaraq onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, məhkəməyə təqdim olunan ittihnamə aktına əsasən Mikayılov bu ilin iyulun 23-də təxminən 21 radələrində sərhəd postlarından yan keçərək Lori vilayəti, Dzyonaşoh kəndi ərazisindən Ermənistan –Gürcüstan sərhədini keçib.

35 yaşlı Mikayılov sərhədi qanunsuz keçməkdə ittiham olunurdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti