Birinci xanım ərini devirib, prezident oldu

Birinci xanım ərini devirib, prezident oldu
  24 Dekabr 2015    Oxunub:6472
Zimbabevinin 91 yaşlı prezidenti Robert Muqaben həyat yoldaşı Qreys Muqabe tərəfindən hakimiyyətdən devrilib.
AzVision.az “The Guardian”-a istinadən xəbər verir ki, bu barədə müxalif “Demokratik dəyişikliklər hərəkatı naminə” partiyasının lideri Morqana Çvinqriai bildirib.

Siyasətçinin sözlərinə görə, Zimbabvedə hakimiyyət çevrilişi baş verib ki, nəticədə iqtidar 50 yaşlı Muqabenin əlində cəmləşib.

Partiya lideri prezidentin xanımının həvəslə ölkəni idarəetməni öz üzərinə götürdüyünü qeyd edib: “Heç kəs milli problemləri həll etmək barədə düşünmür. Hamını sükanın arxasında əyləşən, bu yorğun adamı kimin əvəz edəcəyi düşündürür”.

Nəşr qeyd edir ki, son aylar Qreys Muqabenin ölkənin siyasi həyatında çəkisi xeyrli artıb. Belə ki, 2014-cü ilin dekabrında o, hakim ZAMBVC (Zimbabve Afrika Milli Birliyi – Vətənpərvərlik Cəbhəsi) partiyasında rəhbər vəzifə tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti