Kremldən Əliyev-Sarkisyan görüşünə münasibət

Kremldən Əliyev-Sarkisyan görüşünə münasibət
  24 Dekabr 2015    Oxunub:2746
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə sıçrayış olmadı.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib: "Güman edirik ki, baş tutmuş sammit Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işinin müəyyən mərhələsidir".

M.Zaxarovanın sözlərinə görə, prezidentlərin üz-üzrə danışmaq və bütün təklifləri müzakirə etmək, eləcə də mübahisəli məsələlər üzrə mövqeləri dəqiqləşdirmək imkanı olub.

XİN nümayəndəsi qeyd edib ki, görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış qeyri-qənaətbəxş vəziyyət nəzərdən keçirilib: "Rusiya tərəfi münaqişənin siyasi-diplomatik yolla dinc həllinə yönəlmiş yüksək səviyyədə keçirilən dialoqun davam etdirilməsinə müsbət yanaşır. ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti davam etdiriləcək və bundan başqa, Rusiya Minsk qrupunun həmsədrləri ilə razılaşdırılmış yanaşmalar əsasında tərəflərə güzəşt əldə etməyə kömək etmək məqsədilə qətiyyətli səylər göstərəcək".


Teqlər:





Xəbər lenti