ABŞ-da tornado: 7 ölü

ABŞ-da tornado: 7 ölü
  24 Dekabr 2015    Oxunub:1746
ABŞ-ın cənub-şərqində yerləşən Missisipi, Tennessi və Arkanzas ştatları üzərindən keçən qasırğa və tornadolar səbəbindən aralarında yeddi yaşlı uşağın da olduğu azı 7 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb, bir neçə nəfər isə itkin düşüb.
Missisipi ştatının ərazisində 14 qasırğa qeydə alınıb. Klarksdeyl şəhərində onlarla ev ciddi zədələrə məruz qalıb, bəziləri isə tamamilə dağılıb.

Tennessi ştatında ağacların avtomobillərin üzərinə aşması nəticəsində bir neçə nəfər həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti