Rusiya türklərə yenidən şans verdi

Rusiya türklərə yenidən şans verdi
  25 Dekabr 2015    Oxunub:3040
Rusiyanın baş naziri Dmitri Medvedev bəzi şirkətlərə Türkiyə vətəndaşlarını işə götürməyə icazə verən sənəd imzalayıb.
AzVision.az Rusiya KİV-nə istinadən bildirir ki, Medvedev buna vilayət rəhbərlərinin və iş adamlarının təklifindən sonra qərar verdiyini deyib.

Onun sözlərinə görə, siyahısı hazırlanan şirkətlər 2016-cı ildə də Türkiyə vətəndaşlarını işə götürə biləcəklər.

Su-24 təyyarəsinin vurulmasına cavab olaraq Moskva Türkiyə vətəndaşalrının 2016-cı il 1 yanvardan etibarən Rusiya ərazisində işləməsini qadağan edən qanun qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti