Ermənistanda həbsdə olan azərbaycanlı - Video
Daha sonra isə Turqay Mikayılovu İrəvana aparan erməni hüquq-mühafizə orqanları onun sərhədi xüsusi məqsədlə bilərəkdən pozduğunu sübuta yetirməyə çalışıblar:
“Hamı bilir ki, iki dövlət arasında münasibət yoxdur. Mənə necə münasibət göstərdikləri isə aydın məsələdir. Orda birnəfərlik kamerada qalırdım”, – deyə Turqay Mikayılov bildirib.
Soydaşımızın ətrafında beş ay davam edən xüsusi araşdırmaların erməni tərəfi üçün gözlənilən nəticəni verməməsi və Gürcüstan hökumətinin də hadisəyə davamlı müdaxiləsi onların Turqayı məhkəmə əsasında azadlığa buraxmalarına səbəb olub. Bu müddətdə ona göstərilən münasibət barədə isə Turqayı bunları dedi:
“Dedilər ki, səni bura Azərbaycan kəşfiyyata göndərib. Mən isə dedim ki, xeyir, səhvən sərhədi keçib gəlmişəm - azərbaycanlıyam, amma Gürcüstan vətəndaşıyam, Gürcüstanda yaşayıram”. (Ans)