`Neftin qiyməti 50 dollardan çox olacaq` - Vahid Ələkbərov

`Neftin qiyməti 50 dollardan çox olacaq` - Vahid Ələkbərov
  25 Dekabr 2015    Oxunub:4252
“2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar olacaq”.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, Direktorlar Şurasının toplantısında artıq bu məsələ müzakirə olunub: “Biz kollektiv şəkildə bu məsələni müzakirə etdik. Bu rəqəmin 30-40 dollar olacağını da ehtima edirik. Lakin əminliklə deyə bilərəm ki, 2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar, hətta, ondan da yüksək ola bilər”.

V. Ələkbərov həmçinin, qeyd edib ki, şirkət Baltikyanı ölkələrdə qalmış aktivləri satmaq qərarına gəlib: “Hazırda bizim Litva və Latviyada olan aktivlər satışdadır. Bu ölkələr Rusiya əleyhinə olduğu üçün biz Direktorlar Şurasında qərar verdik ki, bu dövlətlərin ərazisindən çıxaq”


Teqlər:





Xəbər lenti