Döyüşdən qaçan 50 İŞİD-çi edam edildi

Döyüşdən qaçan 50 İŞİD-çi edam edildi
  25 Dekabr 2015    Oxunub:2392
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Ər-Ramadi şəhərində qruplaşmaya üzv olan 50 nəfəri edam edib.
AzVision.az-ın məlumatına görə, bu barədə İraqın “Al Sumaria” telekanal xəbər yayıb.

Bu, terror təşkilatının öz yaraqlılarını edam etməsinə dair qeydə alınan ilk fakt deyil. Lakin bu dəfəki edam onların qorxaraq öz döyüş mövqelərini qoyub qaçmaları ilə bağlıdır.

Yerli KİV yaraqlıların üzərlərinə partlayıcı qurğu bağlamaqdan imtina etdikləri görə edam olunduğunu qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti