Sanksiyalar azərbaycanlı milyarderi `vurdu`

Sanksiyalar azərbaycanlı milyarderi `vurdu`
  25 Dekabr 2015    Oxunub:3679
Qərbin texnoloji sanksiyaları “Lukoyl”, “Qazprom” və Kamunayqaz” şirkətlərinin Xəzər dənizində “Çentalnoe” strukturunda işləri dondurub.
Bu barədə AzVision.az “RİA Novosti” yə istinadən xəbər verir.

“Çentalnoe” yatağı Rusiya şirkətinə məxsus olmadığından biz bu gün onu əldə edə bilmirik. Bir quyu üçün yeni qurğunun quraşdırılması məntiqli deyil. Ona görə də biz qazma qurğuları boşalana və ya sanksiyalar ləğv olunana qədər “Qazprom”la birgə fasilə etmişik”, - deyə “Lukoyl” rəhbəri Vahid Ələkbərov Qərbin texnoloji sankiyalarının şirkətin layihələrinə təsiri sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, “Çentralnaya” yatağı Xəzər dənizinin mərkəzində Rusiya və Qazaxıstan sərhədin yaxınlığında yerləşir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti