Prezident özünü millətin lideri etdi

Prezident özünü millətin lideri etdi
  25 Dekabr 2015    Oxunub:1669
Tacikistan prezidenti Emomali Rahmon “millətin lideri” adını alıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb.

Prezidentin özü “Sülh və milli birliyin banisi – millətin lideri haqqında” qanunu imzalayıb. Tacikistan parlamentinin üzvləri yekdilliklə qanun layihəsinin lehinə səs verib.

Yeni qanuna əsasən millətin liderinə xüsusi immunitet və hüquq verilir. Onun şərəfinə muzey, arxiv və kitabxanalar yaradılacaq.

Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Tacikistan rəhbərliyi bu qərarı verərkən, ABŞ, Avropa ölkələri və Qazaxıstanın təcrübəsindən istifadə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti