Marqvelaşvili baş nazirin namizədliyini təsdiqlədi

Marqvelaşvili baş nazirin namizədliyini təsdiqlədi
  25 Dekabr 2015    Oxunub:1863
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib və etimadını bildirmək üçün parlamentə yollayıb.
Bu barədə AzVision.az -ın “Novosti-Qruziya” istinadən xəbər verir.

“Baş nazir vəzifəsinə namizədlik irəli sürülmüşdü. Mən artıq gələn təklifi təsdiq etmək üçün parlamentə yollamışam. mən baş nazirin istefasını dəstəklədiyim kimi, yeni baş nazirin namizədliyini də dəstəkləmişəm”, - deyə Marqvelaşvili bildirib.

Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini İrakli Qaribaşvili də dəstəkləyib.

Qeyd edək ki, 23 dekabr tarixində İrakli Qaribaşvili heç bir izahat vermədən Gürcüstan baş naziri vəzifəsindən istefa verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti