`Əliyevin məni təltif etməsi xoşuma gəldi – Manukyan (VİDEO)

`Əliyevin məni təltif etməsi xoşuma gəldi – Manukyan (VİDEO)
  25 Dekabr 2015    Oxunub:4623
Avropa Oyunlarında gümüş medal qazanmaq mənim üçün yaxşı nəticə idi, çünki həmin vaxt zədəli idim.
AzVision.az xəbər verir ki, bu fikirləri`xsport.ua` portalına müsahibəsində Ukraynada 2015-ci ilin ən yaxşı boksçusu olan erməni əsilli Gevorq Manukyan Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

“Zədəli olduğum üçün final oyununa çıxa bilmədim. Bəlkə də belə olması yaxşı oldu. Rəqibim azərbaycanlı Əbdülqədir Abdullayev pis idmançı deyildi. Məncə, rəqibim adi oğlan idi, ancaq mən yerli boksçu ilə döyüşürdüm. Bu isə çətin idi. Finalda zəiflər olmur”, - deyə erməni əsilli idmançı bildirib.

“Heç bir neqativ hal baş vermədi. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti