Duman, yağış, 15 dərəcə isti - Proqnoz
Gündüz cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.
Bu gün Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
AzVision.az