İki nazir işdən çıxarılır – Ermənistanda
“Hakimiyyətə yaxın olan mənbələrimiz qeyd edir ki, artıq yanvar ayının ortalarında hökumətin heyətində dəyişikliklər baş verə bilər. Mədəniyyət naziri Asmik Poqosyan və iqtisadiyyat naziri Karen Çşmarityan istefaya göndəriləcək”, - deyə qəzet yazır.
Mənbəyə əsasən Armavir, Araqaçot və Şirak vilayətlərinin qubernatorlarının da dəyişdiriləcəyi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az