Türkiyə təyyarəsi Rusiyada məcburi eniş etdi

Türkiyə təyyarəsi Rusiyada məcburi eniş etdi
  26 Dekabr 2015    Oxunub:3671
Türkiyə aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq və hava şəraitinin pis olması səbəbindən Rusiyanın İrkutsk şəhərində məcburi eniş edib.
AzVision.az xəbər verir ki, bu barədə İntefax məlumat yayıb.

“İstanbul-Bişkek-Ulan-Bator marşrutu üzrə uçan təyyarə, Ulan-Batorda hava şəraiti ilə pis olduğuna görə İrkutsk hava limanında eniş edib”.

Qeyd olunur ki, təyyarədə 150 sərnişin var və onların heç biri gömrük yoxlanışından keçməyib, yəni Rusiya ərazisinə daxil olmayıb.


Teqlər:  





Xəbər lenti