Davudoğlu kürd liderlə görüşdən imtina etdi

Davudoğlu kürd liderlə görüşdən imtina etdi
  27 Dekabr 2015    Oxunub:2288
Türkiyənin baş naziri Əhməd Davudoğlu HDP lideri Səlahəddin Dəmirtaşla görüşdən imtina edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Davudoğlu son zamanlar səsləndirilən bəyanatlara görə, HDP nümayəndələri ilə görüşün mənasız olduğunu deyib.

Hökumət tərəfindən yayılan açıqlamada HDP partiyası ilə dekabrın 30-a təyin edilən görüşün keçirilməyəcəyi bəyan edilib.

Baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, son həftə ərzində HDP-nin verdiyi bəyanatlar hökumətin həyata keçirdiyi siyasətə ziddir və siyasi davranış normalarına sığmır.

“Belə yanaşmaya görə görüşün, eyni masa arxasında oturmağın mənası qalmır”.

Qeyd edək ki, çərşənbə günü Moskvaya səfər edən HDP-nin həmsədri Rusiya təyyarəsinin vurulması ilə bağlı Türkiyə hökumətinin mövqeyini tənqid edib.

AzVision.az


Teqlər:





Xəbər lenti