İŞİD lideri ABŞ və Rusiyaya meydan oxudu

İŞİD lideri ABŞ və Rusiyaya meydan oxudu
  27 Dekabr 2015    Oxunub:3606
Twitter-akkauntlarında İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin videomüraciəti yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Qruplaşmanın lideri ABŞ, İsrail, Rusiya və Avropa ölkələrinin – İŞİD-ə qarşı mübarizədə iştirak edənlərin hamısının ünvanına təhdidlər səsləndirib.

Bağdadi iddia edir ki, endirilən zərbələr yaraqlılara nəinki xətər toxundurmayıb, əksinə onların döyüş ruhunu yüksəldib.

Bu audiomüraciət İŞİD liderinin son yeddi ayda ilk belə çıxışıdır. Yaz aylarında əl-Bağdadinin ABŞ hava qüvvələrinin aviazərbələri nəticəsində ağır yaralandığına dair məlumat yayılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti