Hava tutulacaq

  21 Fevral 2013    Oxunub : 299
Hava tutulacaq
Rütubətli və küləkli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
BakıAbşeron yarımadasında fevralın 22-də hava şəraitinin dəyişkən buludlu olacaq. Havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam isə çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 22-si və 23-ü gündüz müşahidə olunacaq mülayim hava şəraiti, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, fevralın 23-ü axşamdan fevralın 25-dək buludlu, rütubətli və küləkli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Teqlər: