Bondun maşını 3,5 milyon dollara satıldı

Bondun maşını 3,5 milyon dollara satıldı
  19 Fevral 2016    Oxunub:3083
Londonda keçirilən hərrac zamanı Ceyms Bondun `Aston Martin DB10` avtomobili satışa çıxarılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, maşın 3,5 milyon dollara satılıb.

Maşını anonim şəxs alıb.

Avtomobil 4,7 litrlik V8motoru ilə təchiz olunub. Onun maksimal sürəti saatda 300 kilometrdir. Superkarın salonu əllə yığılıb. Maşında agent 007 rolunu ifa edən Deniel Kreyqin imzası var. Maşının satışından əldə olunan gəlir `Sərhədsiz həkimlər` təşkilatının hesabına köçürüləcək.

“007: Spektr” adlanan filmin rejissoru Sem Mendesdir. Filmdə agent Bond rolunu son iki filimdə olduğu kimi Deniel Kreyq canlandırıb. Bundan əlavə filmdə Rori Kinnir, Ben Uişou, Reyf Fayns, Endryu Skott, Deyv Batista, Lea Seydu, Monika Belluçi və Kristof Vals çəkilib.

Qeyd edək ki, Bond haqqında sonuncu film `Spectre` iki il əvvəl çıxıb və 897 milyon dollar yığıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti