BVF-nin rəhbəri dəyişmədi - Sabiq nazir vəzifədə qaldı

BVF-nin rəhbəri dəyişmədi - Sabiq nazir vəzifədə qaldı
  20 Fevral 2016    Oxunub:2127
Fransanın sabiq maliyyə naziri Kristin Laqard növbəti beş il müddətinə yenidən Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün keçirilmiş iclasda verib.

60 yaşlı Laqard 75 ilə yaxındır fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəridir.

Qeyd edək ki, Kristin Laqard bundan öncə mətbuata verdiyi açıqlama BVF-nin Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib. O, qeyd edib ki, Azərbaycan böhranla mübarizədə düzgün addımlar atır.

AzVision.az


Teqlər:



Xəbər lenti