Pul borcu dua ilə ödəniləcək - Məhkəmə qərarı

 Pul borcu dua ilə ödəniləcək - Məhkəmə qərarı
  20 Fevral 2016    Oxunub:3817
Rusiya məhkəmələrində qalmaqallı qərar qəbul edilib.
AzVision.az Fins.az-a istinadən xəbər verir ki, Nijeqorod vilayətinin yerli məhkəməsi Pravoslav kilsəsinin yerli bölməsi olan yeparxiyaya icazə verib ki, podratçı şirkətə olan borcunu "dualarla" ödəsin.

Bu şirkət yerli kilsədə qazanxananın tikintisi üçün layihə sənədləri hazırlayıb. Görülən işin ümumi məbləği 916 mirn rubl (və ya 12 min dollar) təşkil edib Kilsə bu pulun ancaq yarısını qaytar;b. Vəziyyətlə razılaşmayan şirkət məhkəmədə görülən işin haqqını tələb edib/

Amma məhkəmədə tərəflər sülh razılaşması əldə ediblər. Razılığa görə, kilsə adı çəkilən şirkətə daha 200 min rubl ödəyəcək. Borcun qalan hissəsini isə «Allah qulları» İvan Mixayloviç Arsenyev və Sergey Aleksandroviç Lepustinin və onların ailələrinin sağlığı və uğurları üçün dualar oxumaqla qaytaracaqlar. Qeyd edək ki, bu şəxslər layihələndirici şirkətin rəhbərləridir.


Teqlər:



Xəbər lenti