Rusiya hərbi gəmilərini Bakıya göndərir

Rusiya hərbi gəmilərini Bakıya göndərir
  20 Fevral 2016    Oxunub:3345
Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri Azərbaycanın Bakı limanına gələcək.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xəzər dəniz donanması Azərbaycan, Qazaxıstan və İran limanlarına səfər edərək bir sıra beynəlxalq yarış və təlimlər keçirəcəklər.

Rusiyanın Xəzər donanmasının kontr admiralı İqor Osipov bildirib ki, donanmanın bu il prioritet məqsədi birgə beynəlxalq Qazaxıstan-Rusiya hərbi dəniz təlimlərində və “Qafqaz 2016” strateji qərargah təlimlərində iştirak etmək olacaq:

“Bu il həmçinin “ArMİ-2016”- “Dəniz kuboku” hərbi oyunlarının keçirilməsi planlaşdırılır. Bu yarışlar xəzəryanı ölkələrin iştirakı ilə Xəzər dənizi akvatoriyasının orta hissəsində və Kaspiysk və Mahaçqala şəhərlərində yerləşən təlim komplekslərində baş tutacaq”.



AzVision.az


Teqlər:  





Xəbər lenti