`Türkiyəni ermənilərə vermək lazımdır` - Jirinovski
"Rus xəbərlər xidməti” agentliyinə müsahibə verən Jirinovski bildirib ki, Türkiyə ləğv edilməlidir.
“Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945 –ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və orada rus dilini ikinci rəsmi dil elan etmək lazımdır”, - deyə V.Jirinovski vurğulayıb.
Jirinovskinin fikrincə, kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da yüz il əvvəlki “soyqırımı”na görə qisas almaq istəyirlər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


