Qaçırılan jurnalistlər azad edildi

Qaçırılan jurnalistlər azad edildi
  21 Fevral 2016    Oxunub:1864
PKK terrorçuları tərəfindən qaçırılan `Anadolu` Agentliyinin üç əməkdaşı – müxbir Rauf Maltaş, fotomüxbir Onur Çoban və operator Kenan Yeşilyurt sərbəst buraxılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar saxlandıqları bölgədə HDP Mardin millət vəkili Ali Atalan və HDP nümayəndəsi Ferhat Kut və köməkçiləri tərəfindən geri qaytarılıblar.

Fotoaparat və videokameraları əllərindən alınan jurnalistlər hadisə barədə məlumat vermək Nusaybin polis idarəsinə aparılıb.

Qeyd edək ki, agentliyin müharibə müxbirliyi üzrə təlim keçmiş təcrübəli əməkdaşı R.Maltaşın rəhbərlik etdiyi qrup bir həftə əvvəl antiterror əməliyyatlarının gedişi ilə bağlı xəbər hazırlamaq üçün Nusaybin rayonuna ezam olunub. Bu müddətdə həmin ərazidən xəbərlər hazırlayan qrupun üzvləri çəkiliş zamanı PKK terrorçuları tərəfindən qaçırılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti