Rusiya yenə Türkiyəni ittiham etdi

Rusiya yenə Türkiyəni ittiham etdi
  22 Fevral 2016    Oxunub:4587
"Suriya münaqişəsinin mümkün həlli yollarının qarşısı alan ən böyük faktor Rusiyadır".
Bunu İtaliyanın "La Stampa" qəzetinə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, BMT-nin təşəbbüsü ilə Cenevrədə təşkil olunmuş danışıqlar prosesindən istifadə edən Rusiya, Suriya müxalifətinə qarşı sarsıdıcı zərbələr endirməyə başlayıb.

Çavuşoğlu qeyd edib ki, ötən ilin sentyabr ayından etibarən Rusiya hərbi təyyarələri Suriyada ümumilikdə 7750 aviazərbə endirib ki, bunların 89 faizi müxalifətə qarşı yönəldilib: məktəblər, xəstəxanalar, yaşayış evləri dağıdılır, dinc əhali məhv edilir.

Nazir bildirib ki, ilk növbədə BMT Rusiyanın Suriyadaki qanlı əməllərinə qarşı öz səsini ucaldmalıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti