Xocalı ilə bağlı Niderland parlamentinə müraciət edildi

Xocalı ilə bağlı Niderland parlamentinə müraciət edildi
  22 Fevral 2016    Oxunub:1856
“Soyqrımı parlamentdə anmanız gələcəkdə bu kimi cinayətlərin baş verməməsinə zəmin yarada bilər".
AzVision.az xəbər verir ki, bu sözlər "Connect" təşkilatının Niderland parlamentinə Xocalı soyqrımı ilə bağlı müraciətində qeyd edilib. Müraciəti təşkilatın sədri Vüqar Abbasov və onun təşkilatdakı həmkarı Vim van Embden imzalayıblar. V. Abbasov bildirib ki, müraciət İkinci Kamerin (Niderland parlamenti) 16 fraksiya rəhbərinə göndərilib: “Müraciətdə 1992 - ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində yüzlərlə insanın erməni-rus hərbi birləşmələri tərəfindən qətl edildiyi, bir çox insanın yollarda donaraq öldüyü, Qarabağın hələ də Ermənistanın işğalında olduğu və .s. öz əksini tapıb.

Hər hansı bir siyasi və yaxud digər səbəblərdən bu soyqrımı görməzdən gəlməməyinizi sizdən xahiş edirik. Sizin bu soyqrımı parlamentdə anmanız gələcəkdə bu kimi cinayətlərin baş verməməsinə zəmin yarada bilər".

AzVision.az


Teqlər:  



Xəbər lenti